İki Naxçıvan şahmatçısı mükafatçılar sırasında

Qubada "Məmmədyarovlar Kuboku 2023" adlı beynəlxalq şahmat festivalı keçirilib. Ümumi mükafat fondu 10000 manat olan turnirdə müxtəlif yaş qruplarına mənsub şahmatçılar olmaqla, A və B qrupları üzrə 150 şahmatçı qələbə uğrunda mübarizə aparıb.
Naxçıvan Şahmat Mərkəzinin şagirdləri yarışda uğur əldə etməyi bacarıb. B qrupunda yarışan Turan Mirzəyev 9 oyuna 6,5 xal toplamağı bacarıb. Bu nəticə ilə 120 şahmatçı arasında 7-ci olan Turan pul mükafatı və diplomla təltif olunub. Həmin qrupdakı digər təmsilçimizi Uğur Mirzəyev isə 6 xallıq göstərici ilə 12 yaş kateqoriyasında birinci olub.
 
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti